İngiltərə şahzadəsi Harri və xanımı Meqan Markl Şotlandiyaya səfər edəcək.
OLAY yazır ki, buna səbəb Böyük Britaniyanın Kraliçası II Elizabetin səhhətinin pisləşməsidir.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilib ki, monarxın dörd övladı və nəvəsi şahzadə Uilyam artıq kraliçanın yerləşdiyi Şotlandiyanın Balmoral qəsrinə gəliblər.