16 ildir yayımlanan “Arka Sokaklar” serialında Mesut rolunu canlandıran türk aktyor Şevket Çoruh layihədən ayrılaraq tamaşaçılarla vidalaşıb.
OLAY yazır ki, sosial şəbəkə hesabında paylaşım edən Şevket bu illər ərzində onu yalnız buraxmayan pərəstişkarlarına təşəkkür edib.
Aktyor, həmçinin, paylaşımında bunları qeyd edib:
“Əlvida, Mesut. 16 mövsüm və 632 seriya “Arka Sokaklar”da qaçdım, qovdum, Mesutla son dəqiqəyə qədər tər tökdüm. Bu gün isə bu yolun sonundayam. İllərdir çiyin-çiyinə çalışdığım komandamıza, yayımda və istehsalda əməyi olan hər kəsə, ekranda minlərlə saat bizi izləyən tamaşaçılarımıza xüsusi təşəkkürlər”.
Şevketin 2006-cı ildən ekran macərasına başlayan və ölkəmizdə də kifayət qədər izlənən serialdan ayrılması sevənlərini kədərləndirib.
Çoruh bundan sonra tamaşa və kinofilmlərə üstünlük verəcəyini qeyd edib.