“Arka Sokaklar” serialının ulduzu, türk aktyor Şevket Çoruh gözlənilməz addım atıb.
OLAY yazır ki, aktyor baş rol olduğu ekran işindən ayrılmaq qərarı alıb. Çoruh bildirib ki, bundan sonra teatr və sinema fəaliyyəti göstərmək istəyir.
Qeyd edək ki, Ş. Çoruh serialda Mesut komiser obrazını canlandırırdı. Mövzusu polislərə aid olan “Arka sokaklar” adlı layihə 16 sezondur ki, davam edir.