Fotosessiya
Fotosessiya

Ən çox izlənilən yerli “Reels”lər

Ən çox izlənilən yerli “Reels”lər

Gün ərzində vaxtımızı demək olar ki, sosial şəbəkə platformalarında keçiririk. Son illər ən çox istifadə edilənsə instaqramdır.

Platformada “Reels” funksiyası aktivləşəndən sonra məşhurlarımız daha çox video paylaşmağa meyillənib.

Bəs görəsən, yerli məşhurlar arasında “Reels” videoları ən çox izlənənlər kimlərdir?

OLAY “Reels”i ən çox izlənilən ilk 10 yerli ulduzu təqdim edir:

Siyahının başında Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov gəlir. İnstaqramda 22 milyondan çox izləyicisi olan Hüseynin bütün Reels videoları demək olar ki, milyonlarla baxış toplayır. Ən çox izlənmə toplayan videosu isə 61 milyondan çox baxış yığan rus videobloger Katya Aduşkina ilə çəkdiyi videodur.

Tanınmış stilist Anar Ağakişiyev 1,4 milyon izləyicisi olan instaqramda etdiyi makiyaj-dəyişim videoları ilə nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da populyarlıq qazanıb. Anarın izləyicilər tərəfindən  ən sevilən Reels videosu isə 11 yaşında başına gəlmiş dəhşətli faciədən sonra heç vaxt makiyaj etməyən xanımı makeup edərək ona sevinc bəxş etməsi olub.  Həmin video 6 milyondan çox baxış toplamağı bacarıb.

Azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) Reels videoları da 3 milyondan çox izləyicisi olan instaqramda xeyli maraq doğurur. Ən çox izlənən videosu isə “Müğənni olmaq istəyirəm” – deyə, çıxış etdiyi arxiv görüntüsüdür. Video 3,2 milyondan çox izlənib.

Xalq artisti Emin Ağalarovun 2.1 milyonluq instaqram hesabında ən çox izlənən videosu isə Prezident İlham Əliyevin müzəffər ordunun qalibiyyəti ilə bağlı çıxışıdır. Sözügedən video 1,1 milyon baxış yığıb.

ATV kanalının sevilən cütlüyü Zaur Baxşəliyev və Günay Baxşəliyeva da 3 milyonluq instaqram hesablarından aktiv istifadə edən məşhurlardandır. Cütlük paylaşdıqları qısa videolar, açdıqları canlı yayımlar və izləyicilərə ünvanladıqları suallarla sosial şəbəkədə geniş auditoriyaya özlərini sevdirməyi bacarıb. Zaur və Günayın ən çox baxış yığan Reels videosu isə instaqram canlı yayımından paylaşdıqları 778 mindən çox izlənən videodur. 

Tez-tez klipləri və etdiyi fotosessiyalarla fərqlənən müğənni Damla 3 milyona yaxın izləyicisi olan instaqramda da diqqət mərkəzindədir. İfaçının ən çox baxış toplayan Reels videosu “İlan” adlı klipindən olan rahibə obrazındakı görüntüsüdür. Sözügedən video 735 min izlənib.

Son illərin parlayan ulduzu müğənni Hissin instaqramda izləyici sayının az olmasına baxmayaraq videoları kifayət qədər baxış toplamağı bacarır. İfaçının ən çox izlənən videosu 574 min baxış yığan “Karma” mahnısını ifa etdiyi videodur. 

Evlilik xəbərləri ilə gündəmi zəbt edən müğənni Aysun İsmayılova da 1,2 milyon izləyicisi olan instaqram hesabında etdiyi paylaşımlarla diqqət çəkən məşhurlardandır. Aysunun ən çox baxış toplayan videosu həyat yoldaşı Eşqin Cəlilovun ona evlilik təklif etdiyi görüntülərdir. Video yarım milyondan çox izlənib.

İnstaqramda 2,4 milyon izləyicisi olan Xalq artisti Röya Ayxan da paylaşdığı cazibədar fotosessiyalarla diqqət çəkir. Röyanın ən çox izlənən Reels videosu şəhid Pərviz Əliyevin sevdiyinə yazdığı şeirə səsləndirdiyi mahnıdan görüntülərdir. Həmin video 459 mindən çox baxış toplayıb.

Müğənni Şəbnəm Tovuzlu da 3 milyonluq instaqram hesabından olduqca aktiv istifadə edir. Sənətçinin ən çox izlənən videosu da elə özünün gözəllik mərkəzinin açılışından olan, 428 min baxış toplayan görüntülərdir.