Fotosessiya
Fotosessiya

Demetlə Oğuzhanın toyunda yaşananlar...

Demetlə Oğuzhanın toyunda yaşananlar...

Ötən gün ailə quran Demet Özdemirlə Oğuzhan Koçun toyu müzakirəsiz ötüşməyib.

OLAY yazır ki, Oğuzhanla Demetin geyimləri, bahalı hədiyyələr, qonaqlar sosial şəbəkələrdə gündəm olub.

Demet gecədə üç gəlinlik dəyişdirib. Onun geyindiyi düz libas bəzi istifadəçilər tərəfindən bəyənilməyib. Hətta Özdemiri roborta bənzədənlər olub. Demetin ikinci paltarı isə olduqca bəyənilib. Bu geyimin onun tərzinə daha çox uyğun olduğu düşünülüb.

Türk şou-biznesinin qısa boylu bəylərindən olan O. Koç  plaform ayaqqabı geyinməli olub. Bundan başqa, müğənninin xanımına toy hədiyyəsinin qiyməti də çox danışılıb. Belə ki, “Bulgari” brendindən olan boyunbağı 860 min lirədir (Təxminən 81 min manat).

Cütlüyün nikah şahidlərindən biri TV 8 kanalının rəhbəri Acun Ilıcalı olub. Bu məsələ istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs Oğuzhanın yaxın dostları İbrahim Büyükak və Eser Yenenlerin niyə şahid olmadığı ilə maraqlanıb. Kimisi isə Oğuzhanın “Çok güzel haraketler bunlar”da müəllimi olan Yılmaz Erdoğana hörmətsizlik etdiyini düşünüb.

İki məşhurun toyuna şou nümayəndələri axın edib. Onların sırasında illərdir birlikdə görüntülənməyən dostlar Murat Dalkılıç və Murat Boz da yer alıb. Sonuncu dəfə E. Yenenlərin toyunda görüntülənən pop ulduzlar gecədə birgə mahnılar səsləndirib. Həmçinin, Berkay Şahin, Edis, Bensu Soral, Deniz Baysal, Pelin Karahan kimi simalar qonaqlar sırasında olub.