Fotosessiya
Fotosessiya

Gülşenə görə Edis tənqid olunur

Gülşenə görə Edis tənqid olunur

Türkiyənin pop ulduzu Edis tənqidlərə məruz qalıb.

OLAY yazır ki, buna səbəb sənətçinin dostu Gülşenin həbsinə gec reaksiya verməsi və paylaşımının qeyri-səmimi olması göstərilir.

Edis instaqramda hekayə paylaşaraq bildirib: “Kədərim sözlə ifadə edilə bilməz. Hər kəsi, hər şeyi başa düşərək yaxın dostumun, həmkarımın açıqlamalarına görə həbsxanaya göndərilməsinə görə çox pis oldum. Dostumun səmimi açıqlamalarına inanıram. Türkiyə ədalətinin qərarını yenidən nəzərdən keçirməsini gözləyirəm”.

Pop ulduzun sözügedən sözləri tvitterdə müzakirəyə çıxarılıb və bəy ifaçının səmimiyyəti sorğulanıb.