“Planet Parni iz Baku” KVN komandasının üzvləri nümunəvi addım atıb.
OLAY yazır ki, Əməkdar artistlər Tahir İmanov, Bəhram Bağırzadənin də yer aldığı aksiya əsasında onlar dəniz kənarındakı zibilləri təmizləyib.
KVN komandasının səhifəsində paylaşılan məlumatda bildirilib ki, bu işdə onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, həmçinin könüllülər yardımçı olub.