“Planet Parni iz Baku” istehsalı olan “Şiraslan vəzifəyə gəlir” komediyasının premyerası təxirə salınıb.
OLAY yazır ki, bu barədə Əməkdar artist Tahir İmanov məlumat verib. Aktyor qeyd edib ki, filmin təqdimatı texniki səbəblərdən 19 fevral tarixində baş tutmayacaq.
Qeyd edək ki, ekran işin qala gecəsinin Heydər Əliyev adına Sarayda keçirilməsi planlaşdırılmış, biletlər satışa çıxarılmışdı.