Fotosessiya
Fotosessiya

Məşhurlar Eyyub Yaqubovun konsertində

Məşhurlar Eyyub Yaqubovun konsertində

Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub.

OLAY yazır ki, Yaşıl Teatrda baş tutan musiqili gecə “Big band sound pro”nun müşayiəti ilə təşkil olunub.

Tədbirin aparıcılığı Əməkdar artist Elnur Kərimova həvalə olunub.

Gecədə Dövlət Televiziyasının solisti, "Big band"in bədii rəhbəri Fuad Musayev də canlı ifaları ilə çıxış edib. İfaçının Xalq artisti Cavan Zeynallı ilə  birlikdə unudulmaz “Qaya” qrupunun repertuarından oxuduğu bəstələr konsertə gözəllik qatıb.

Tədbirdə Akif İslamzadə, Əməkdar artist Kübra Əliyeva, Xalq artisti Şərqiyyə Hüseynova, "Planet Parni iz Baku" KVN komandasının üzvləri, Əməkdar artistlər Cabir, Tahir İmanov qardaşları və başqaları iştirak edib.