Fotosessiya
Fotosessiya

“Oyunu qızım təşkil edir…” – Şəbnəmdən açıqlama

“Oyunu qızım təşkil edir…” – Şəbnəmdən açıqlama

““Giveaway” yarışını qızım Günel oynayır. İki aydan çoxdur ki, bu işlə məşğul olur, hər şey çox gözəl gedir. Günel maşallah, savadlı, hər şeyi bacaran uşaqdır. 18 yaşı var, ağıllı, işin yolunu bilən qızdır. Onagörə də belə insanlara görə məni yalançı kimi qələmə vermək düzgün deyil”.

Bu sözləri saxtakarlıqda ittiham olunan müğənni Şəbnəm Tovuzlu OLAY-a açıqlamasında deyib.

Sənətçi sözügedən şəxsin onu qaralamaq məqsədilə böhtan atdığını vurğulayıb:

“Təbii ki, məni hər kəs sevə bilməz. Biz bu həyatı yaşayırıqsa, bizi sevən də var, sevməyən də. Hər gələnə inanmamaq lazımdır…. Bir ay bundan öncə yarışmaya bir nəfər qatılmışdı. O, bir nəfər o qədər qızımı bezdirdi ki, qızım  axırda mənə “ana, artıq 15 gündür bu insan məni çox bezdirir, onu geri çevirmək istəyirəm”, - deyə, bildirdi. Və biz onu ödədiyi 500 manatı da kartına geri qaytararaq oyundan xaric etdik. O gündən sonra həmin şəxs orda-burda haqqımda artıq-əksik məlumatlar verməyə başladı. Bu sadəcə olaraq onun hirsidir. Oyun çox gözəl gedir, 10 günə də artıq başlayacaq. Qalibi telefon, qulaqlıq və pul mükafatı gözləyir. Hədiyyələri də canlı yayımda özüm təqdim edəcəm. Mənə normalda “Giveaway” yarışları üçün çox təkliflər olub, amma geri çevirmişəm, istəməmişəm. Mənim həkim-kosmetoloq dostlarım var, onların dəfələrlə səhifələrini paylaşmışam, hər biri razı qalıb. Özləri deyir ki, “Şəbnəm xanım, sayənizdə bir gecəyə 1000-2000 izləyici gəlib”. Mənim səhifəm realdır, İran və Türkiyədən izləyənlər çoxdur. Bunu belə qələmə vermək ancaq bu cür pis insanlara aiddir. Bu da onun qıcığından, əsəbindən, acığındandır…”

Dilşad Bəhruzqızı