“Qadınla kişi bir yerdə tamdır. İki insan eyni yola doğru gedəndə ailə tək və çox güclü olur. Çünki bunu Allah sevir və hər insandan gözləyir”.
OLAY yazr ki, bu sözləri müğənni Elçin Cəfərov sosial şəbəkə hesabında qeyd edib.
Xanımı ilə fotosunu paylaşan ifaçı “ailə” anlayışı ilə bağlı fikirlərini bildirib:
“Sadəcə ortaq nöqtəni tapmaq lazımdır. Ailə evlənən kimi olmur, ailə olunur... Allah hər kəsi xoşbəxt etsin”.
Qeyd edək ki, müğənni millət vəkili Sabir Rüstəmxanlının qızı Aydanla evlidir. Sənətçi bir müddətdir İstanbulda ev alıb və orada yaşayır.