Fotosessiya
Fotosessiya

“Bir qadınla kişi dost ola bilməz?” - Etiraz etdi

“Bir qadınla kişi dost ola bilməz?” - Etiraz etdi

Türk aktrisa Birce Akalay həmkarı İbrahim Çelikkolla haqqında çıxan eşq iddialarına cavab verib.

OLAY yazır ki, Birce tez-tez birlikdə tətilə yollandığı İbrahimlə sadəcə dost olduqlarını vurğulayıb.

“İbrahim mənim çox əziz dostumdur, onun keçmiş həyat yoldaşı Mihre Mutlu da dostumdur. Haqqımızda çıxan bu cür xəbərləri eşidəndə pis oluram. Bəzən gülüb keçirəm, bəzən isə çox əsəbiləşirəm. Bir qadınla kişi dost ola bilməz? Birlikdə tətil edib, ailəlikcə görüşürük. Yayılan xəbərlər etik deyil”, - deyə, aktrisa fikirlərinə əlavə edib.

Qeyd edək ki, cütlük 2017-ci ildə yayımlanan “Siyah beyaz aşk” serialının baş rollarını canlandırarkən tanış olub.