Fotosessiya
Fotosessiya

“Siz, deyəsən, vulqar makiyaj görməmisiniz”

“Siz, deyəsən, vulqar makiyaj görməmisiniz”

Aktrisa və aparıcı Xəyalə Quliyevanın etdiyi makiyajı “vulqar” adlandıraraq tənqid ediblər.

OLAY yazır ki, Quliyeva sosial şəbəkə hesabında izləyiciləri ilə “sual-cavab” sorğusu edib.

Bu zaman bir izləyici “Makiyajınız hədsiz vulqar olur. Bir az sadə makiyaj edə bilərsiniz?”, - deyə, bildirib.

Aktrisa isə suala cavab olaraq “Qətiyyən elə deyil. Kiprik qaynağı makiyajı çox göstərir. “Hekayə” bölməsində paylaşdığım fotolar isə filter effektidir. Normalda, sadəcə üzümə tonal krem çəkirəm. Bu qədər... Siz, deyəsən, vulqar makiyaj görməmisiniz”, - deyə vurğulayıb.