Fotosessiya
Fotosessiya

Ecedən eşq xəbərlərinə üsyan

Ecedən eşq xəbərlərinə üsyan

Həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu faciəvi şəkildə itirən aparıcı Ece Erkenin yeni eşqə başladığı iddia olunub.

OLAY yazır ki, onun Hayretdin Coşkun adlı bəylə sevgili olduğu deyilir. Deyilənə görə, onları Ecenin yaxın dostu Sezer Çakır tanış edib, lakin sevgi münasibətini öyrəndikdən sonra aparıcı ilə dostluğunu bitirib.

7 ay əvvəl həyat yoldaşı vəfat edən Ece bu xəbərlərə sərt reaksiya verib. O, bununla bağlı instaqramda paylaşım edib:

“Dünən həyat yoldaşımın məhkəməsinin ilk günü idi. Qatilləri ilə eyni mühitdə oldum. Dinlədikcə nə ürəyim, nə ağlım dözdü. Yerə yıxıldım. Bu gün oyandım və ailə dostum dediyim, xanımı və uşaqları ilə yaxından görüşdüyüm, qardaş kimi gördüyüm Hayretdinlə adım eşq dedi-qodularında hallanır. Sezeri izləmədən çıxarmağımın səbəbi başqa dostları ilə olmağı, yanıma gəlməməyi idi. Belə sadə səbəbi var. Bu çətin günümdə məni çox incitdiniz”.

Qeyd edək ki, aparıcının həyat yoldaşı güllələnərək öldürülüb.