Fotosessiya
Fotosessiya

“40 yaşımda uyğun təklif olsa, evlənərəm”

“40 yaşımda uyğun təklif olsa, evlənərəm”

Aparıcı Zümrüd Bədəlova instaqramda izləyicilərinin suallarını cavablandırıb.

OLAY yazır ki, o, hekayə bölməsində sual-cavab edib.

Bir istifadəçinin “Belə gözəl xanımsız. Ailə qurmağı düşünrsünüz” sualına “Belə suallar niyə bu qədər maraqlıdır? Bəli. Yaşa dolduqca düşünürəm. 40 yaşında ruhuma uyğun təklif gəlsə, evlənməyi fikirləşirəm” cavabını verib.

Qeyd edək ki, Zümrüd bir dəfə ailəli olub, ayrılıb. Onun bir qız övladı var.