Fotosessiya
Fotosessiya

Naibəni “ucuz” adlandırmışdı, onu isə...

Naibəni “ucuz” adlandırmışdı, onu isə...

Aktyor Cavidan Novruz Xalq artisti Səidə Quliyevanın komediyaçıları tənqid etməsinə münasibət bildirib.

OLAY yazır ki, Cavidan bu barədə feysbuk hesabında post paylaşıb.

“Səidə Quliyeva komediyaçıları tənqid edib, ciddi deyirəm, heç bir sarkazm etmirəm. O nə deyibsə, düz deyib. Çünki sözün əsl mənasında sənətkardır. O, hər şeyi gözəl bilir. Fikirləri qarşısında baş əyib əllərindən öpürəm.

Mənim üçün belə sənətkarların sözü sözdür! Yoxsa, bəziləri kimi... Səidə xanımın elə “Bala başa bəla”da İzzət Nəfisli və bir sıra filmlərdə, teatrlardakı obrazları bəs edir”,- deyə, C. Novruz bildirib.

Qeyd edək ki, S. Quliyeva “Yenisabah”a olan müsahibəsində komediyaçıları tənqid edib. Eyni zamanda Xalq artisti Naibə Allahverdiyeva da bir müddət əvvəl komediya aktyorlarına irad bildirmişdi. Cavidan sənətçini “ucuz” adlandırmışdı.