Fotosessiya
Fotosessiya

“Özümü sənin yanına park edirəm”

“Özümü sənin yanına park edirəm”

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı paylaşım edib. 

OLAY yazır ki, sənətçi onunla fotosunu instaqram izləyiciləri ilə bölüşüb. 

İbrahimova paylaşıma bu sözləri yazıb:

“Hər dəfə dönüb geriyə baxanda Allahın münasibətimizi yönləndirdiyini, bizi bir araya gətirdiyini açıq-aydın görə bilirəm. Tanrıya yoluma sənin kimi bir insanı çıxardığı üçün minnətdaram. Birlikdə bizi bir-birimizə bağlayan ürək ağrısı da yaşadıq, qəh-qəhə ilə də güldük. Amma nə zaman içim sıxılsa, azca rahatlıq axtarsam, özümü sənin yanına park edirəm. Bir bütün olaraq baxanda həyatım səninlə, övladlarımla,yuvamla doldu. Allah iki şeyi bizdən ayırmasın bəraber duran diş fırçalarımızı, ürəkdən gələn dua ve şükürlərimizi”.

Qeyd edək ki, cütlüyün iki övladı var.