Türk aktrisa Merve Boluğur keçmiş həyat yoldaşı Murat Dalkılıçın onun haqqında post paylaşmasına münasibət bildirib.
OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında paylaşım edib.
“Keçmişimlə əlaqəli heç vaxt danışmadım. Çünki mənim üçün bitib. Susmamın səbəbi də hörmət etməyim idi. Amma kimsə mənim haqqımda dəfələrlə danışa bilməz. Son dəfə yazıram, mənə bir də belə şeylərlə gəlməyin, nə maqazin nə də əvvəlki münasibətlərlə. Çoxdan bitmiş şeyin reklamını etmək lazım deyil. Yanındakı qadına hörmət et. Bir də “Merve açıqlasın” nə deməkdir? Artıq haqqımı tələb edəcəm. Kimsə məni dəyişik ittihamlarla mühakimə edə bilməz. Xahiş edirəm, “kişiciklər” məndən uzaq olsun. Cahil insanların psixoloji basqılarından sıxıldım. Mənim də həyatıma hörmət edin”.
Qeyd edək ki, Murat Dalkılıç sosial şəbəkə hesabında Mervenin tərəfini tutmuşdu.