Dünyaca məşhur müğənni Britni Spirsin keçmiş həyat yoldaşı Kevin Fidilayn 10 il sonra qalmaqallı açıqlama verib.
OLAY yazır ki, o övladlarının anasından utandığını deyib:
“Şon və Ceyden analarını çox istəyir. Amma onu görmək istəmirlər. Britninin çılpaq fotolarını instaqramda görməkdən utanırlar. Toyuna belə getmək istəmirlər. Britninin atası Ceymi Spirs qəyyumluq məsələsində onun həyatını qurtardı”.
Sənətçinin də keçmiş ərinə cavabı gecikməyib:
“Onlara hər şeyi vermişəm. İllərlə əziyyət çəkdim. Mən də bir insanam”.
B. Spirsin indiki həyat yoldaşı Sem Asqari isə “Britninin paylaşımlarında hər yeri görünmür. İndiki dövrdə hər kəs belə fotolar paylaşır. Bu çox normaldır” deyərək xanımının tərəfini tutub.