Türkiyənin məşhur müğənnisi Kenan Doğulu İstanbul konsertində gözlənilməz hadisə ilə üzləşib.
OLAY yazır ki, sənətçi səhnədə mahnılarını ifa edərkən polislərin gəlməsi ilə konsert yarımçıq qalıb.
Onların gəlmə səbəbi isə təşkilatçıların aidiyyəti qurumlardan icazə almadan ictimai yerdə konsert təşkil etməsi olub.
Məsələ öz həllini tapdıqdan sonra ifaçı səhnəyə qayıdaraq sevilən mahnılarını oxumağa davam edib.