Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə keçmiş nişanlısı Gökhan Alkan ilə barışmağı haqda söz-söhbətlərə aydınlıq gətirib.
OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında paylaşım edib.
O bildirib ki, haqqında çıxan xəbərlər gerçəkliyi əks etdirmir:
“Haqqımda hər gün yeni bir yalan xəbər oxuyaraq mən də sizlərlə bərabər təəccüblənirəm. Ümid edirəm ki, bir nöqtədən sonra yorularsınız”.