Tanınmış türk müğənni Edis sevgi həyatı ilə bağlı fikirlərini bölüşüb.
OLAY yazır ki, sənətçi bu barədə müsahibələrinin birində danışıb.
O bildirib ki, yalnız olmaq onu daha çox xoşbəxt edir:
“Sevgilim olmur. Bu mənim lənətimdir. Tək qalmaq xoşuma gəlir. Mənim ruhuma uyğun biri hal-hazırda yoxdur. Dost çevrəmdə də belədir. Məhəbbət gözəl bir şeydir. Amma mənim bəhs etdiyim şey sevgililikdir. Bir ay davam edən münasibətləri sevgi saymıram. Bir dəfə uzun ömürlü münasibətim olub. Ondan sonra da heç kəs olmayıb”.