Fotosessiya
Fotosessiya

“Təkərlər belə qırılıb, minimum 5 min...”

“Təkərlər belə qırılıb, minimum 5 min...”

Ötən gün qəzaya düşən influenser Fatimə Əhmədova ( UlviFatime) maddi zərərini açıqlayıb. 

Bu barədə o, OLAY-a danışıb. Fatimə deyib ki, avtomobilə dəyən zərəri sığorta qarşılayacaq:

“Biz evdən iki ayrı maşında çıxmışdıq. Bizim evin yanında iki tərəfli yol var. Binadan çıxdıq, arxadan da Ulvi gəlirdi. Mən gedirdim, qarşı tərəfdən gələn maşın düz üstümə sürdü. Elə bilib  ki, birtərəfli yoldur. Maşını sola çəkdim, yenə də çıxa bilmədim. Mən tərəfə baxmadan, sola baxıb oradan gələn maşın varmı, yoxmu onu yoxlayırmış. Beləliklə düz üstümə sürüb. Nəticədə qəza oldu. Maşının həm sol,  həm də sağ tərəfi pis günə düşdü.  Mənə də, digər sürücəyə də heç nə olmadı. Əlsində dəyən zərəri sığorta qarşılayacaq. Biz bu gün o işlə məşğul olmuşduq. Minimum 4-5 min xərci var. Təkərləri belə qırılıb”.