Fotosessiya
Fotosessiya

“CeyLo boşanmağa məhkumdur”

“CeyLo boşanmağa məhkumdur”

Dünyaca məşhur müğənni Cennifer Lopezin keçmiş həyat yoldaşı, kubalı prodüser Ojani Noa onun aktyor Ben Afflek ilə ailə qurmasına reaksiya verib.

OLAY yazır ki, o CeyLonun yenə boşanacağını, onun sadəcə sevilmək hissindən zövq aldığını bildirib:

“Cennifer münasibətə başladıqdan bir müddət sonra marağını itirir. Biz evli olduqda çox xoşbəxt idik. O, məni heç vaxt tərk etməyəcəyini deyirdi.  Lakin boşanmaq onun qismətindədir. Benlə də ayrılacaq”.

Ojaninin bu açıqlaması izləyiciləri iki yerə bölüb. Onların bir qismi Benlə CeyLonun ömürlük və əsl sevgi yaşadığını desə də, digər qismi Ocaniyə qatılıb.

Qeyd edək ki Noa və Lopez 1997-1998-ci illərdə evli olub.