Fotosessiya
Fotosessiya

Xəstəliyini eşidib barışdılar

Xəstəliyini eşidib barışdılar

Xərçəngə tutulan müğənni Zeynəb Həsəninin küsülü olduğu həmkarları Türkan Vəlizadə və Şəbnəm Qəhrəmanova onunla bağlı paylaşım edib. 

OLAY yazır ki, Şəbnəm digər iki ifaçı ilə birgə fotosunu paylaşaraq Zeynəbə şəfa diləyib:

“Belə post paylaşacağım ağlıma gəlməzdi. Sadəcə çoxsaylı suallara görə paylaşıram. Bəli, Zeynəblə danışmışam, şükür hər şey yaxşıdır. Biz bu gün yan-yana olmasaq da, hər gün görüşməsək də, içdən içə hər zaman bir olmuşuq. Ac-susuz olsaq da, bir yerdə olmuşuq. Bu gün yanında başqaları olsa da, bizim birliyimizin yerini heç kəs doldura bilməz. Yaşanmışlar, göz yaşları, sevinc, kədər hər şeyi bərabər yaşamışıq. Bunlar yada düşdükcə insan kövrəlir. Allah şahiddir ki, bu xəbəri eşidəndən nə haldayam. Sən yaxşı ol istərəm.

İstəyirəm ki, sənin xoş xəbərini paylaşım. Ana olmağını, o sevinci dadmağını istəyirəm. Sənin elə yaxşılıqların olub ki, onları itirə bilmərəm. Hər şeyi geridə qoyuram. Lənət şeytana. Allahdan sənə tez bir zamanda sağlamlıq arzulayıram. Səni ayaq üstə, ailənin yanında görmək istəyirəm. Xoş xəbərlə, sağ-salamat gəl, biz səninləyik”.

T. Vəlizadə isə hekayə bölməsində bu sözləri qeyd edib:

“Tez bir zamanda hər şey gözəl olacaq. Dualarımız səninlədir. Sənə gülmək yaraşır. Səni sağlam və güclü olaraq aramızda görmək istəyirik. Biz yanındayıq”.