“İmparator” ləqəbli türk müğənni İbrahim Tatlıseslə oğlu Ahmet Tatlıses arasındakı qalmaqal böyüyüb.
OLAY yazır ki, sənətçi konsertlərinin birində bu barədə danışıb. Ahmetin öz atası haqda “əqli çatışmazlığı var” deməsi Tatlisesi özündən çıxardıb:
“Ay “axmaqlar”, mənə dəli deyirsiniz. Əgər mən elə olsa, idim bu qədər mahnıları necə əzbər bilərdim?”
Qeyd edək ki, ifaçı və oğlu Ahmet bir müddət əvvəl məhkəməlik olmuşdu. Hakim İ. Tatlısesin mal varlığına məhdudiyyət qoyulmasına dair qərar vermişdi.