Müğənni Elnarə Xəlilova ötən günlərdə intihar edən Laçın haqqında paylaşım edib.
OLAY yazır ki, sənətçi yeniyetmənin universitetə qəbul balının az olması səbəbi ilə intihar etməsinə reaksiya verib.
İfaçı bildirib ki, tək uğur mənbəyi universitet deyil:
“Etməyin, eləməyin, əziz valideynlər! Övladınız Ali məktəbə girmədi? Canınız sağ olsun! Peşə məktəbinə, dərziliyə və yaxud da aşpazlığa yazdırın. Uşağınıza bir məsuliyyət tapın! Oğlunuza da həmçinin. Getsin, ofisiant işləsin. Maşın yusun. Usta işləsin. Amma icazə verməyin ki, canına qəsd etsin. Yalvarıram sizə!”.