Fotosessiya
Fotosessiya

Merve ilə köhnə sevgilisi arasında qalmaqal

Merve ilə köhnə sevgilisi arasında qalmaqal

Türk aktrisa Merve Boluğur ilə köhnə sevgilisi, prodüser Erkan Şen arasında gərginlik yaşanıb.

OLAY yazır ki, E. Şen Merve haqqında “ Daim məndən gücümü göstərməyimi tələb edirdi. Bir gün uzun yola çıxdım. Zəng etdikdə isə “çatdın?”, “necə getdin?” demək yerinə “bunları istəyirəm, gücünü göstər, baxım” dedi. Bütün bunlar məni çox qırdı” sözlərini deyib.

Şenin bu sözləri deməsi Boluğuru qəzəbləndirib:

“Əvvəl də bunu etdin. Yaşanan hər şeyə hörmət edirəm. Amma mənim adımla özünüzü reklam etməkdən əl çəkin. “Kişicik” kimi danışmaqdan vaz keçin. Heç kəsin gücünə ehtiyacım yoxdur!”.