İnfluenser Asya Aslanova (İsmayılova) sosial şəbəkədə ona verilən sualları cavablayıb.
OLAY yazır ki, izləyicilərindən biri Asyaya “Yoldaşınızla əvvəldən münasibətinizdə problem var idisə, niyə ikinci uşağı fikirləşdiniz“ sualını verib.
Bu sual blogeri özündən çıxardıb.
O bildirib ki, qadınlar sırf kişilər üçün uşaq dünyaya gətirmir:
“Bu yazını bir neçə dəfə görmüşəm. Hər dəfə də səbrli olmağa çalışmışam. Uşaq dünyaya gətirmişəm özüm üçün, uşağa həyat vermək üçün! Mənim bacım, qardaşım olmayıb. Heç olmasa, Raul tək olmasın! Mən anlamıram, qadınlar uşağı ancaq kişilərə görə dünyaya gətirməlidir? Qram da ikinci övladıma görə peşman deyiləm! Min şükür, hər ikisinin varlığına görə!”.
Eyni zamanda A. Aslanova keçmiş həyat yoldaşı Fuad İsmayılov ilə əvvəllər problem yaşamadığını qeyd edib:
“Mən heç bir yerdə “əvvəldən problemli münasibətim” olduğunu dilə gətirməmişəm!”