Bir müddət əvvəl dünyaca məşhur aktyor Bred Pitt keçmiş xanımı Ancelina Colini ortaq şərab mülklərinə görə məhkəməyə vermişdi. Belə ki, Pitt iddia edirdi ki, Coli ondan razılıq almadan şərab zavodunu rus iş adamı Yuri Şeflerə satıb.
OLAY yazır ki, Hollivud ulduzunun vəkili B. Pitdən qanunsuz satışla bağlı ərizə tələb edib. Aktyor lazım olan sübutları hakimə təqdim edə bilməyib.
Nəticədə, Los-Anceles məhkəməsi ittihamları rədd edərək A. Colinin lehinə qərar çıxardıb.