Film / Serial
Film / Serial

Bred Ancelinanı məhkəməyə verdi

Bred Ancelinanı məhkəməyə verdi

Bir vaxtların sevilən cütlüyü Bred Pitt və Ancelina Coli növbəti dəfə məhkəməlik olub.

OLAY yazır ki, Bred keçmiş xanımını ailə malikanəsindəki payını satdığı üçün məhkəməyə verib.

Belə ki, onların 2008-ci ildə alıb, toy etdikləri Fransadakı “Château Miraval” hər iki tərəfi qarşı-qarşıya qoyub.

Bred iddia edib ki, o vaxt Ancelina ilə səhmləri satmamaq, mülkü özlərində saxlamaq, burada şərabçılıq biznesi yaratmaq üçün razılaşıblar. Lakin Coli fərqli qərar verib və payını rusiyalı milyarder, “alkoqol kralı” kimi tanınan Yuri Şeflerə satıb.

Bundan başqa, Bred söyləyib ki, Coli icazə istəmədiyi üçün satış qanunsuzdur. Eyni zamanda deyib ki, üzüm bağlarının bir hissəsi özünə məxsus olduğu üçüb satışdan imtina etmək hüququ var.

Aktyor Şeflerin biznesinə və investisiyalarına nəzarət etməyə çalışacağından qorxur.