2020-ci ildə rəsmi olaraq boşanan Ancelina Coli və Bred Pittin Fransadakı mülkiyyət bölgüsü başa çatıb.
OLAY xarici KİV-ə istinadən yazır ki, Coli Miraval qəsrində olan şərab zavodundakı 50 faiz payını 164 milyon dollara satıb. Beləliklə, Coli ilə Pitt arasındakı son qanuni döyüş bitib.
Coli səhmlərini Tenute del Mondo şərab qrupu alıb.
Qeyd edək ki, 164 milyon dollarlıq mülk Brangelina cütlüyünün evlilik dövründə alınıb.
Sentyabr ayında Colinin alkoqol şirkətini satmaq planları Pittin ona qarşı açdığı iddia ilə nəticəsiz qalmışdı. Pitt Colini onu müqavilədən çıxarmağa çalışmaqda günahlandırmışdı.