Bir müddət əvvəl 44 milyard dollara Tvitteri alacağını bildirən məşhur iş adamı İlon Mask fikrini dəyişib.
OLAY yazır ki, bu barədə milyarder iş adamının vəkili məlumat verib. Belə ki, o, şirkətin baş hüquq müfəttişinə müqaviləni bitirmək istəyi ilə bağlı ərizə göndərib.
Lakin tvitterin idarə heyətinin sədri Bred Teylor bildirib ki, şirkət hələ də razılaşdırılmış şərtləri davam etdirmək öhdəliyinə sadiqdir və bunun icrası üçün hüquqi tədbirlər görməyi planlaşdırır.
Şahanə Paşa