Amerikan aktyor Bred Pit sağlamlığı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, Pit prosopaqnoziya xəstəliyindən əziyyət çəkdiyini bildirib. Belə ki, bu diaqnoz onda gördüyü və tanış olduğu insanları sonradan xatırlamamağa səbəb olub. El arasında bu xəstəliyə “üz korluğu” da deyilir.
Qeyd edək ki, Bred bir müsahibəsində “İnsanlar mənə eqoist deyir. Həmişə məni görəndə deyirlər ki, niyə salam vermədin? Mən eqoist deyiləm. Özümdən asılı olmayaraq insanları xatırlamıram”,- sözlərini deyib.