Türkiyənin pop ulduzları Demet Akalın və Aleyna Tilki arasında qalmaqal yaranıb.
OLAY yazır ki, buna səbəb Demetin Aleynanı ələ salmağı olub.
Belə ki, Akalın günlər öncə “Trabzonspor” qələbə qazanarkən onun mahnısı ilə çempionluğun qeyd edildiyi kadrları paylaşmışdı. Görüntülərdə onun “Kulüp” mahnısı səsləndirilib. Demet isə FİFA-nın paylaşdığı video ilə bağlı Aleynanı nəzərdə tutaraq “Adamlar məni dünya ulduzu edəcək. Aleyna eşitməsin, xəyallar qurur. Mən durduğum yerdən FİFA-dayam. Deməli, önəmli olan alt paltarı yox, mahnı imiş” sözlərini yazıb.
Tilki isə ona ötən gün cavab verib. “Spotify Global”a müsahibə verən Aleyna bu sözləri yazıb:
“Dünya ulduzu olmağı çempionluqda mahnı ifa edilməsi zənn edənlər ingiliscə ilk müsahibəmi izləyə bilərlər. Bunu edən ilk türk olduğum üçün çox xoşbəxtəm. Dəstəkləməyənlərə sayğım sonsuzdur, amma artıq sevgim yoxdur”.
Demetin gənc ifaçıya cavabı gecikməyib. “Tək rəqibin Mustafa Topaloğludur, kosmos ulduzu. Sakin ol, çempion. FİFA-ya deyərik, səni də paylaşar”, - deyə, Akalın yazıb.
Aleyna da Demeti cavabsız qoymayıb: O, sərt şəkildə sənətçini aşağılayıb:
“Təəssüf edirəm ki, siz gənclərə yol açmaq əvəzinə onların arzularını alt-üst etmək istəyirsiniz. Sizə cavab verəndə, bunun müqabilində səviyyənin aşağı düşəcəyini təxmin etməliydim...”.