Fotosessiya
Fotosessiya

İki il sonra “Qremmi” gecəsi - FOTOLAR

İki il sonra “Qremmi” gecəsi - FOTOLAR

Musiqi dünyasının ən pristijli mükafatlarından sayılan “Qremmi” pandemiya səbəbilə iki dəfə ertələnəndən sonra nəhayət ötən gecə Las Veqasda sahiblərinə verilib.

OLAY yazır ki, Trevor Noanın aparıcılığını etdiyi gecədə ən çox mükafatı Con Batiste qazanıb. Tədbirin ən önəmli anı Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qremmi” tamaşaçısının qarşısında çıxış etməsi olub. Zelenski Rusiya hücumu altındakı ölkəsinin yenidən azadlığına qovuşması üçün dəstək istəyib. Onun çıxışından sonra Con Legend ukraynalı sənətçilərlə birgə  “Free” adlı mahnısını səsləndirib.

64-cü “Qremmi” gecəsinin sahibləri aşağıdakılardır:

11 nominasiya üzrə yarışan Con Batiste “We Are”la “İlin albomu”, “Freedom”la “Ən yaxşı klip” və digər 3 mükafata layiq görülüb.

“Silk Sonik” qrupu “İlin mahnısı” mükafatı daxil olmaqla 4 nominasiya üzrə qalib olub. Olivia Radriqo və “Fu Fayters” isə gecədən hərəsi 3 qalibiyyətlə ayrılıb.

İlin mahnısı: “Silk Sonik” – “Leave the Door Open”

Ən yaxşı rep: Kanye Uest və Cey Zi – “Jail”

Ən yaxşı rep albomu: Tayler de Kreator - “Call Me If You Get Lost

Ən yaxşı melodiyalı rep performansı: Kanye Uest və De Vikend & Lil Beybi – “Hurricane”

Ən yaxşı solo pop performansı: Olivia Radriqo -  “Drivers License”

Ən yaxşı rəqs və elektronik albom: “Blək Kofi” – “Subconsciously”

Ən yaxşı rok performansı: “Fu fayters” – “Making a Fire”

Ən yaxşı rok albomu: “Fu fayters” – “Medicine at Midnight”

Ən yaxşı sənətçi: Olivia Radriqo

Ən yaxşı solo performans: Olivia Radriqo – “Drivers License”

Ən yaxşı duet performansı: Doca Kət və SZA – “Kiss Me More”