Fotosessiya
Fotosessiya

Annanın psixoloji vəziyyəti yaxşı deyil

Annanın psixoloji vəziyyəti yaxşı deyil

Xalq artisti Yusif Eyvazovun xanımı, opera divası Anna Netrebkonun psixoloji vəziyyəti qaydasında deyil. 

OLAY yazır ki, Rusiyanın Xalq artisti səhnə ilə müvəqqəti olaraq vidalaşıb və zamanını mətbəxtdə keçirir. Pərəstişkarları hazırda çətin günlər keçirən opera Netrebkonun durumundan narahatdırlar.

Müğənni çıxışlarını ləğv etmək və başqa vaxta keçirməklə yanaşı, həm də ağır xəstələnib.

"Uşaqlar, mən sağam. Yüngül bronxit və faringitim var. Amma bunların hamısı xırda şeylərdir”, -deyə Netrebko bildirib. 

Xatırladaq ki, Netrebko bir neçə gün əvvəl istirahət üçün fasilə verərək səhnəni tərk etmək qərarına gəldiyini bildirmişdi. Demək olar ki, hər gün xarici mətbuatda onun müxtəlif ölkələrdəki çıxışlarının təxirə salınması və ləğv edilməsi barədə xəbərlər yayılır.