Azərbaycanın Xalq artisti Yusif Eyvazovun xanımı, opera ulduzu Anna Netrebko konsertini təxirə salıb.
OLAY yazır ki, buna səbəb sənətçinin təcili əməliyyat olunmasıdır.
“Təəssüf ki, Vyana Operasındakı noyabr çıxışımı ləğv etməliyəm. Bir neçə aydır çiyinlərimdən əziyyət çəkirəm və həkimin təcili olaraq cərrahiyyə əməliyyatı etməyi və problemi həll etmək üçün dərhal fiziki reabilitasiyaya başlamağı məsləhət gördü”,- deyə Rusiyanın Xalq artisti qeyd edib.
Müğənni aktiv yaradıcılıq fəaliyyətinə tez qayıda biləcəyinə ümid etdiyini yazıb, pərəstişkarlarından üzr istəyib.
Qeyd edək ki, A. Netrebkonun Vyana konsertindən sonra Milan, Praqa və Londonda konserti gözlənilir. Bu hadisədən sonra həmin tədbirlərin baş tutub-tutmayacağı bilinmir.