Azərbaycanın Xalq artisti Yusif Eyvazov Rusiyanın NTV kanalında yayımlanan “Bir gün” proqramının qonağı olub.
OLAY yazır ki, məşhur opera ifaçısı verilişdə xanımı, Xalq artisti Anna Netrebko ilə tanışlığından, övladlığı Tiaqodan söhbət açıb.
Yusif qeyd edib ki, Annaya aşiq olan zamanlar ondan uzaqlaşmağa çalışıb:
“Onu görən kimi dedim ki, bu odur. Görüşəndə bütün düşüncələrim debütlə məşğul idi. Nə sevgi!? O vaxta qədər aşiq olmaq və həyatımı qurmaq fikrim yox idi. Ehtiyacım olmadığını, gücüm, arzum, vaxtım, imkanım olmadığını başa düşürdüm. Ondan qaçmağa çalışdım və qaçdım. O anda Annanı çox incitdim. Vyanaya uçdu, sonra Romaya qayıtdı və başa düşdüm ki, bəlkə onu özümdən uzaqlaşdırmamalıyam? Bir neçə gün Romada qalmasını istədim, mənə dedi ki, bura gəl. Romada bir tətil keçirdik, inanılmaz bir vaxt idi, şəhəri gəzib dolaşmaq, yemək - bu mənim həyatımda heç vaxt olmayıb”.
Müğənni A.Netrebkonun ilk evliliyindən olan oğlunun dərhal onu qəbul etmədiyini söyləyib:
“O, dəcəl uşaq idi. Autizm sindromu var idi, hamı onun ətrafında idi, söhbət etmək istəyirdilər. Lakin o, “iPad” oynamağı sevirdi. İndi mənim ən böyük dostumdur və mən də onun üçün eləyəm. Hər şeyi danışacağı adamam. Mənim üçün övladdır. Onun sayəsində övladımın olmadığını hiss etmirəm. Tiaqonun bioloji atası olmamaq da mənim üçün problem deyil”.