Fotosessiya
Fotosessiya

Bəd Banni yenə gündəmdə

Bəd Banni yenə gündəmdə

Latın musiqisinin dünya ulduzu Bəd Banni bu dəfə musiqisi ilə deyil, moda və vizual stili ilə gündəmə gəlib.

OLAY yazır ki, məşhur sənətçi "Variety" jurnalının yeni buraxılışı üçün kamera qarşısına keçərək stil dolu fotolar verib.

Çəkilişlər zamanı sənətçi həm sadə, həm də iddialı obrazları ilə diqqət çəkib. 

Variety-nin sosial media hesablarında yayımlanan fotolar az vaxtda minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər sənətçinin orijinallığını və özünəinamını yüksək qiymətləndirib.