Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu ötən il ailə qurduğu həyat yoldaşı Ural Kaspar boşanır.
OLAY yazır ki, bunun cütlüyün birgə qərarı olduğu bildirilib.
Qeyd edək ki, Helvacıoğlu cəmi bir neçə həftə əvvəl, 15 oktyabrda ana olaraq qızını dünyaya gətirib. Yeni doğulmuş körpəsinə baxmayaraq, cütlüyün münasibətlərini davam etdirməməyi seçməsi sosial mediada da geniş müzakirələrə səbəb olub.