Rus əsilli dünyaca məşhur supermodel İrina Şeyk fransız “Vogue” dərgisinin səhifələrində yer alıb.
OLAY yazır ki, podium ulduzu açıq-saçıq geyimdə pozalar verib.
Bir fotoda İrina bəbir printli gecəlik, nazik qara “tayt”da və hündürdaban ayaqqabıda, digər şəkildə isə qar kimi ağ krujevalı büstqalter, qısa alt paltarı və corabdan ibarət dəst geyinib.
İrina cazibədar imicini qara gün eynəyi və düz saç düzümü ilə tamamlayıb.
Xatırladaq ki, fevral ayında Qərb mediası İrina Şeykin şəxsi həyatının nadir təfərrüatları üzə çıxarıb. Supermodelin keçmiş sevgilisi ilə münasibətlərini bərpa etdiyi bildirilib. Bir mənbə “Page Six” nəşrinə modelin amerikalı futbol veteranı və Jizel Bündxenin keçmiş əri Tom Bredi ilə yenidən bir araya gəldiyi xəbərini çatdırıb.