Bekhemlərin 13 yaşlı qızı Harper “Ounass” brendi üçün dizayn etdiyi yeni kapsul kolleksiyasının təqdimatında iştirak edib.
OLAY yazır ki, Dubayda təşkil olunan tədbirə anası, dizayner Viktoriya bekhemlə qatılan Harper əyninə alt-paltarı tərzində libasda geyinib.
Viktoriya gecədə qızı kimi eyni tonda, lakin mürəkkəb kəsikli libasda gəlib.
Harperin yaşına uyğun olmayan geyim geyinməsi sosial şəbəkə əhli tərəfindən tənqid olunub.
Qeyd edək ki, Harper Devid və Viktoriya Bekhemin ən kiçik övladıdır. 1999-cu ildən evli olan cütlüyün 3 oğlu da var: 25 yaşlı Bruklin, 22 yaşlı Romeo və 19 yaşlı Kruz.