Kristofer Nolan, Riçard Linkleyter, Robert Rodriqes və digər məşhur rejissorların filmlərində ikinci plan rollarını canlandıran aktyor Niki Katt 55 yaşında ABŞ-da vəfat edib.
OLAY yazır ki, bu barədə jurnalistlərə aktyora hüquqi xidmət göstərən “Sloss Law” şirkətinin nümayəndəsi məlumat verib.
Sənətçinin aprelin 8-də dünyasını dəyişdiyi məlum olub.
Ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Nikki Katt kino karyerasına uşaq ikən başlayıb. 10 yaşında 80-ci illərin məşhur “Fantaziya adası” serialında rol alıb. Kristofer Nolanın Al Paçinonun baş rolda çəkildiyi “Yuxusuzluq” triller filmində Nikki Katt təhqiqata müdaxilə edən ağılsız detektiv Fred Dugqar rolunu oynayıb. 2005-ci ildə Niki Robert Rodrigezin “Günahlar şəhəri” filmində canilərdən birinin hazırcavab əlaltısı rolunu canlandırıb.