Fotosessiya
Fotosessiya

İqlesias arvadı və uşaqları ilə Mayamidə dincəlir

İqlesias arvadı və uşaqları ilə Mayamidə dincəlir

Dünya pop musiqisinin əfsanəvi ulduzu Enrike İqlesias xanımı, rus tennisçi Anna Kurnikova övladları ilə tətildə paparatsiyaların obyektivinə tuş gəlib.

OLAY yazır ki, cütlük yeddi yaşlı əkizləri Nikolas və Lüsi, həmçinin beş yaşlı qızları Mariya ilə Mayamidə görüntülənib. 

49 yaşlı İqlesias oğlu ilə körpüdən balıq tutmağa gedib: Şəkillərdən görünür ki, ata və oğul nə isə danışırlar və bir anda oğlan atasını qucaqlayıb. Daha sonra ailə yaxta ilə sahildən uzaqlaşıb. 

Gəmini Enrike özü idarə edirib, oğlu Nikolas isə onun yanında oturaraq atasının hərəkətlərini izləyirdi. Anna və qızları günəş vannası qəbul etmək üçün gəminin burun hissəsində yerləşiblər.

Qeyd edək ki, Enrike İqlesias o zamanlar dünyanın ən yaxşı iyirmi tennisçisindən biri olan 21 yaşlı Anna Kurnikova ilə 2002-ci ildə “Escape” mahnısına çəkdirdiyi klipin çəkiliş meydançasında tanış olublar. 2017-ci ildə onların əkiz, iki il sonra isə bir qızı olub. Mətbuatda vaxtaşırı sevgililərin ayrıldığı barədə şayiələr yayılıb, lakin aşiqlər birlikdə olmağa davam edirlər. 2023-cü ilin yayında məlum oub ki, Kurnikova və İqlesiasın gizli toyu olub. Ailə Mayamidəki öz malikanəsində yaşayır; 2010-cu ildə Anna Amerika vətəndaşlığını alıb.