Zaman-zaman qalmaqal xəbərləri yayılan müğənni-aktrisa Selena Qomezlə model Heyli Biber eyni məkanda bir araya gəlib.
OLAY yazır ki, onlar bu gecə “Oskar”ın partisinə qatılıb. Məşhur simaların birgə görüntüləri yayılmasa da, qırmızı xalıdan ayrı-ayrı foto və videoları gündəm olub.
Qeyd edək ki, Selena Castin Biberin keçmiş sevgilisi olduğu üçün onunla H. Biberin arasında gərginliyin davam etdiyi ehtimal olunur.