Dünya şöhrətli repçi və iş adamı Kanye Uest (“Ye” – yeni adı) hazırda məhbus həyatı yaşayan həmkarı Pi Diddinin (Şon Kombs - əsl adı) azad etməyə çağırıb.
OLAY yazır ki, sənətçi “X” hesabında həbsdə olan və zorakılıq, öldürməklə hədələmə, cinsi istismar məqsədilə insan alveri kimi bir sıra cinayətlərdə ittiham olunan Diddinin azadlığa buraxılması ilə bağlı status yazıb.
Kanye daha sonra Diddini dəstəkləyən yeganə məşhurun o olduğunu qeyd edib və həmkarlarını hərəkətsizlikdə ittiham etdi.
“Bütün bu məşhurlar qardaşımızın çürüməsinə baxırlar, amma heç nə demirlər. Kris Braunu necə “ləğv etməyə” çalışdıqlarını da gördük, amma heç kim heç nə etmədi”, - deyə Uest bildirib.
Bir az sonra Uest şəxsən ABŞ prezidentinə Diddinin azad edilməsi xahişi ilə müraciət edib. Hər şeyin Donald Trampın prezidentlik müddətinin elə ilk günündə 1500-ə yaxın müttəhimi əfv etməsindən sonra baş verdiyi vurğulanır.
Bir qədər sonra Kanye “X” hesabında Pi Diddinin oğlu ilə danışan telefonunun fotosunu da yerləşdirib.
Qeyd edək ki, 2023-cü ilin noyabrında repçinin keçmiş sevgilisi Kessi P. Didi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra onun döyülməsinin amansız görüntüləri internetdə yayılıb və iş qorxulu miqyas alıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox şüşə qabda cinsi əlaqə zamanı istifadə olunan maye materialı aşkar edilib. İddialara görə, musiqi prodüseri seks məclislərində də istifadə edib. İndi o, girovsuz Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır.