Fotosessiya
Fotosessiya

Həyatındakı faciələr onu az qala dəli edəcəkmiş...

Həyatındakı faciələr onu az qala dəli edəcəkmiş...

Dünya pop səhnəsinin ulduzu Ariana Qrande açıqlaması ilə gündəmə gəlib.

OLAY yazır ki, sənətçi 2017-ci ildə ciddi psixoloji problemlərlə üzləşdiyini etiraf edib. 

Buna səbəb sənətçinin bir il ərzində Mançesterdəki konsertində terror aktının baş verməsi və daha sonra keçmiş sevgilisi Mak Miller vəfatı olub. 

Ariana bildirib ki, o, uzun müddət müalicə alıb və qoyulan diaqnozlar onu məyus edib:

“Uzunmüddətli terapiyada olmuşam və travma sonrası stress pozğunluğu ilə mübarizə aparmışam. Musiqi müalicənin bir hissəsi idi. O, mənim həyatımı xilas etdi”.