Fotosessiya
Fotosessiya

Qonşusundan Annanın keçmiş əri ilə bağlı açıqlama!

Qonşusundan Annanın keçmiş əri ilə bağlı açıqlama!

Rusiyanın estrada ulduzu Anna Sedakovanın keçmiş həyat yoldaşı, 32 yaşlı basketbolçu Yanis Timmanın daha əvvəl ABŞ-də intihara cəhd etdiyi üzə çıxıb.

OLAY yazır ki, bu haqda cütlüyün qonşusu Laura Yost “MK” nəşrinə danışıb. 

Nəşrin həmsöhbəti onu da açıqlayıb ki, Yanis bundan əvvəl ABŞ-da canlı yayımda intihara cəhd edib. Amma sonra hər şey yoluna düşüb. 

Lauranın sözlərinə görə, basketbolçunun köməyə ehtiyacı olub:

“Yanis zəif insan deyildi. Depressiya bir xəstəlikdir, əhval-ruhiyyənin aşağı olması deyil. Annaya yazığım gəlirmi? Şübhəsiz ki, hə... O, bununla yaşamalı olur və onun ad günü yas gününə çevrildi. Amma yenə deyirəm, hisslərlə, talelərlə, başqalarının həyatı ilə oynamaq lazım deyil. Ayrılarkən ayrılmaq lazımdır, irəli-geri qaçmamaq lazımdır. Onu sevirdi və öhdəsindən gələ bilmədi, ətrafda heç kim yox idi. O ölmək istəyirdi? Məncə yox. Çox güman ki, bele olacağını o hesablamayıb”.

Qeyd edək ki, latviyalı basketbolçu Yanis Timma dekabrın 17-nə keçən gecə intihar edib: onun meyiti Moskvada bir neçə gün əvvəl qaldığı hostelin girişində tapılıb. Son zamanlar idmançı karyerasında fasilələrlə və əvvəlki evliliyindən olan oğlu üçün aliment öhdəlikləri ilə bağlı ciddi maliyyə problemləri ilə üzləşib. Bundan əlavə, dekabrın əvvəlində məhkəmə dörd illik evlilikdən sonra Timmanın Anna Sedokova ilə evliliyini pozub. Bundan əvvəl idmançı həyat yoldaşı ilə münasibətləri bərpa etməyə çalışıb, sosial şəbəkələrdə depressiv fikirlərə işarə edib və müğənninin ondan yalnız pula ehtiyacı olduğundan şikayətlənib. 

Timmanın ölümünə görə sənətçi internetdə geniş tənqid olunur. İnsanlar ulduzun perspektivli idmançının karyerasını məhv etdiyini və pulu bitəndə onu tərk etdiyini yazıb. Hadisədən sonra Sedokova özü son iki ildə “cəhənnəmdə yaşadığını” söyləyib.

Qalmaqal fonunda Timmanın bacısı sosial şəbəkələrdə qardaşı ilə vidalaşdığı bir yazı paylaşıb və qeyd edib ki, bu yaxınlarda Yanis “mübahisəli bir insan idi” və öz seçimini edib. O, həmçinin dəfn mərasimində göstərdiyi köməyə görə Sedokovaya təşəkkür edib.