Fotosessiya
Fotosessiya

“Heç kimə arzulamıram dostlarını xəstə yatağında tanısın”

“Heç kimə arzulamıram dostlarını xəstə yatağında tanısın”

Şairə və qiraətçi Nazilə Səfərova ötən gecə vəfat edən meyxanaçı Xəyyam Əhmədli ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, Nazilə instaqram səhifəsində “Heç kimə arzulamıram dostlarını xəstə yatağında tanısın” sözlərini yazaraq söz xiridarına rəhmət diləyib.

Xatırladaq ki, Xəyyam Əhmədli xəstəxanada müalicə alarkən ona baş çəkməyən həmkarlarından gileylənmişdi.

Qeyd edək ki, Xəyyam ürəkçatışmazlığından əziyyət çəkirdi. Onun qarnına su yığıldığı üçün ürəyini yenidən əməliyyat etmək mümkün deyildi. Meyxanaçının sağalması üçün ona qiyməti 130 min dollarlıq süni ürək aparatı lazım idi. Həmin məbləğin toplanılmasında meyxanaçılar bir araya gələrək yardıma başlamışdırlar. Aparıcı Zaur Nəbizadə isə verilişində bir şəxsin Namiq Qaraçuxurlunun vasitəsi ilə çatışmayan həmin məbləğin tamamlamaq istədiyini açıqlayıb.